RU

"Neftçi"ni daim izləyirəm, hazırda klubsuzam və təklifləri gözləyirəm”

"Neftçi"nin sabiq müdafiəçisi Slavko Georgiyevski sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, şimalı makedoniyalı "ağ-qaralar"ın hazırkı durumundan danışıb və son vaxtlardakı çıxışına münasibət bildirib:

"Hazırda Şimali Makedoniyadayam. İşlərim normaldır. Sadəcə, klubsuzam və təklifləri gözləyirəm.

Bolqarıstandan təklifim var, gözləyirəm. Görək necə olacaq.

İşləyəndə də, indi də"Neftçi"ni daim izləyirəm. Bu komanda hazırda yaxşı irəliləyir. Keyfiyyəti artırıblar, səviyyəsi yüksəlib.

Nəticə də dərhal hiss olunur. Təbii iki, "Neftçi"nin son vaxtlardakı uğurlu çıxışı məni çox sevindirir".

Onun fikrincə, sabiq komandası avrokuboklara vəsiqəni qazana bilər:

"Komandanın avrokuboklara vəsiqə qazanmaq şansı var. Əgər şans varsa, sona qədər mübarizə aparmaq lazımdır.

İnanıram ki, "Neftçi" bu cür davam edərsə, avrokuboklara vəsiqə qazanacaq.

Yuri Vernidubun gəlişindən sonra komandanın oyununda da yaxşıya doğru dəyişikliklər var. Ümidvaram ki, hər şey daha da yaxşı olacaq".

Избранный
21
sportinfo.az

1Источники