RU

Seymur Orucov tibb müəssisəsində yaradılan şəraitlə tanış oldu - FOTOLAR

“Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili Tibbi Yardım şöbəsi strukturunun təkmilləşdirilməsi və standartlara uyğunlaşdırılması məqsədi ilə  2025-ci ilin avqust ayından başlayaraq müvafiq təmir işləri həyata keçirilib.

"Unikal" xəbər verir ki, Ağstafa RİH başçısı Seymur Orucov rayonun məsul şəxsləri ilə birlikdə təmir işlərindən sonra tibb müəssisəsində yaradılan şərait və vətəndaşlara göstərilən səhiyyə xidmətlərinin keyfiyyəti ilə yaxından maraqlanıb.

 PHŞ-nin direktoru Səyyad Yusifov görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hazırda Təcili Tibbi Yardım şöbəsi 6 daimi, 10-u əvəzçilik olmaqla ümumilikdə 16 həkim, 16 tibb bacısı, 7 xəstələrə qulluq edən kiçik tibb bacısı və 8 nəfər sanitar qadından ibarət heyətlə pasiyentlərə xidmət göstərir. Burada xəstələrin vəziyyətlərinin ağırlıq dərəcələrinə görə çeşidlənməsi üçün TRİAJ (tibbi çeşidləmə) sahəsi yaradılmış və onlara sürətli, effektiv və keyfiyyətli tibbi yardımın göstərilməsinin təmin edilməsi üçün qırmızı, sarı və yaşıl sahələr ayrılmışdır. Bunlardan əlavə pediatrik yardım üçün otaq, kiçik cərrahi əməliyyat və müdaxilələrin həyata keçirilməsi üçün otaq və təcili doğum otağı yaradılmışdır. Mərkəzləşdirilmiş oksigen sistemi və sıxılmış hava təchizat sistemi quraşdırılmış, binadan kənarda stansiya yaradılmışdır. Bina müasir tipli avadanlıq və cihazlarla təchiz olunmuşdur.

Избранный
39
1
unikal.az

3Источники