Dağıstanda güclü leysan yağışlarının ziyan vurduğu bəzi avtomobil yollarında məhdudiyyətlər qalmaqdadır.
Dağıstan Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Mərkəzinin məlumatına görə, respublikada hava şəraitinin yenidən dəyişəcəyi gözlənilir. Bununla bağlı əhaliyə xəbərdarlıq edilib.
Xatırladaq ki, güclü yağışlar nəticəsində Dağıstanda 6 nəfər həlak olub, zərərçəkənlərin ümumi sayı 6,2 min nəfərdən çoxdur. Mahaçqala, Kaspiysk, Xasavyurt və Dərbəndə daha çox ziyan dəyib, onlarla ev su altında qalıb.