Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, “Chevrolet” və VAZ markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1953-cü il təvəllüdlü Mütəllim Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./oxu.az/