RU

“Atletiko” “Barça”nı, PSJ “Liverpul”u məğlub etdi – Video


Çempionlar Liqasının 1/4 finalının ilk oyununda İspaniya çempionu və hazırkı La Liqa lideri “Barselona” “Atletiko Madrid”i qəbul edib və 0:2 hesabı ilə məğlub olub.
Yeniavaz.com
xəbər verir ki, “Barselona”nın ispan müdafiəçisi Pau Kubarsi 44-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
45-ci dəqiqədə “Atletiko”nun argentinalı hücumçusu Xulian Alvareş hesabı açıb. 70-ci dəqiqədə norveçli hücumçu Aleksandr Şörlot isə yekun hesabı müəyyənləşdirib – 0:2.
Günün digər oyununda isə İngiltərə çempionu “Liverpul” Çempionlar Liqasının son çempionu PSJ-nin qonağı olub və 2:0 hesabı ilə məğlub olub.
Избранный
7
1
yeniavaz.com

2Источники