RU

Əbülfət Mədətoğlu: Gözlərinin şəkili

Bir  gözəlin baxışından alışıb,
Səhərəcən  ulduz  saydım - yatmadım..
Adın   deyib , öz-özümə  danışıb -
Xəyal qurdum, istəyimə çatmadım!..

Heç  bilmədim  necə  aldı  ağlımı
Biləndə də  istəməyə ,   utandım.
Qarışdırdı  əvvəlimlə axrımı -
Bircə  anda , açıq-aşkar  budandım...

Tutdu   məni  saçlarının  selbəsi
Gah  üzümü, gah  boynumu  daladı...
Bəs  elədi  mənə  bircə  kəlməsi -
Dodaqlarım  saçlarını  qaladı!

Günəş  idi  bu baxışlar,  ömrümdə
Görməmişdim,  yuxuda da  mən  hətta...
Şəkilini  göstər , onu  görüm də -
Xoşbəxt  olum,  baxışından həyatda!

Избранный
11
1
adalet.az

2Источники