RU

TTKF: Hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilib

TTKF:
Təhsil tələbə kreditləri üzrə yeni statistika açıqlanıb. 1news.az xəbər verir ki, Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı tarixdən etibarən əldə olunan nəticələr yüksək dinamika nümayiş etdirir.
Hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilib və ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb. Məlumata görə, təhsil tələbə kreditindən yararlananların 63 faizini qadınlar təşkil edir.

Qeyd olunub ki, dövlət tərəfindən yaradılan bu imkanlar tələbələrin arzuladıqları ixtisası seçmələrinə, eyni zamanda yüksək akademik göstəricilər əldə edərək müvafiq güzəştlərdən yararlanmalarına dəstək göstərir.

Избранный
26
3
1news.az

10Источники