RU

Ən böyük oteli azərbaycanlı aldı 3.5 MİLYARDA

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Rusiyanın Sankt-Peterburq şəhərinin Sadovaya küçəsində yerləşən “Nikolskie ryadı” ASC-nin alıcıları Şamama Qasımovaya məxsus “Sanatoriy İstoçnik” MMC (60%) və Taleh Qasımova məxsus “Ekspo” MMC (40%) olub. Bu məlumatlar şirkətin 2025-ci il üzrə maliyyə hesabatına dair izahatlarda yer alıb.

Lent.az xəbər verir ki, hər iki struktur “Karat Holding” aqrar holdinqinin sahibi olan azərbaycanlı milyarder Əsabil Qasımovla əlaqəlidir.

Otel kompleksi əvvəllər “İmrixold Limited” MMC-yə məxsus olub. Onun satışı üzrə bağlanan müqavilə 3–3,5 milyard rubl dəyərində qiymətləndirilir. Məlumata görə, bu, 2025-ci ildə Sankt-Peterburqda otel daşınmaz əmlak bazarında ən iri sövdələşmələrdən biri hesab olunur.

Redomisilyasiyadan əvvəl səhmdar Kiprdə qeydiyyatdan keçmiş eyni adlı şirkət idi. Aktiv Andrey Yakuninin “Venture Investment and Yield Management” fondunun portfelinə daxil olub, lakin alıcı uzun müddət açıqlanmayıb.

“Nikolskie ryadı” kompleksinin ümumi sahəsi 27,9 min kvadratmetr təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
18
lent.az

10Источники