RU

Tramp martın 21 dən İrana yalvarmağa başlayıb KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp İranla bağlı atəşkəs təşəbbüsünün əsas müəllifi olub.

KONKRET.az xəbər verir ki, Financial Times nəşrinin yaydığı məlumata görə, Tramp administrasiyası bir neçə həftə ərzində gizli şəkildə atəşkəsə nail olmağa çalışıb.

Məlumata əsasən, Vaşinqton bu addımı İranın Hörmüz boğazına nəzarəti nəticəsində yaranan iqtisadi təzyiqləri azaltmaq məqsədilə atıb. ABŞ bu prosesdə vasitəçi kimi Pakistandan istifadə etməyi planlaşdırıb. Pakistan ordusunun baş qərargah rəisi Asim Munir İran rəsmiləri, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff, vitse-prezident Cey Di Vens və Donald Tramp ilə əlaqə saxlayıb.

Beş diplomatik mənbənin bildirdiyinə görə, Tramp hələ martın 21-dən etibarən atəşkəsə çağırış edib. Bu tarix eyni zamanda onun İranın elektrik stansiyalarına zərbələr endirməklə hədələdiyi dövrə təsadüf edir.

Bu iddialar Tramp administrasiyasının rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Ağ Ev indiyədək bəyan edirdi ki, sərt təzyiqlər və hərbi təhdidlər İranı danışıqlara məcbur edib. Tramp isə yaxın vaxtlarda çıxışlarının birində İranın razılaşma üçün “yalvardığını” iddia etmişdi.

Hazırda ABŞ və İran arasında sülh danışıqlarının cümə günü İslamabadda keçirilməsi gözlənilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
50
konkret.az

10Источники