RU

Tehranda Xameneini belə andılar –VİDEO/FOTO

Tehranda İranın keçmiş Ali Lideri Əli Xameneinin ölümünün 40-cı günü münasibətilə genişmiqyaslı anım mərasimi təşkil olunub.

 

Mərasimlə bağlı paytaxtın mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Mərasimdə çox sayda insan iştirak edib, Tehran sakinləri Ayətullah Seyid Əli Xameneini anmaq üçün küçələri doldurublar. Dini ayinlər və xüsusi anım tədbirləri mərasimin əsas hissəsini təşkil edib.

 

Şəhərin mərkəzi küçələri və meydanları mərasim iştirakçıları ilə dolub, iştirakçılar mərhum liderin xatirəsini yad etmək üçün bayraqlar və portretlər gətiriblər.

 

“Qafqazinfo” xatırladır ki, Əli Xamenei İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücum nəticəsində öldürülüb. Onunla birlikdə kürəkəni, gəlini və nəvəsi də həlak olub. Martın 2-də ABŞ və İsrailin İrana zərbələri nəticəsində Xamenei yaralanmış həyat yoldaşı Mənsurə Xocastənin vəfat xəbəri yayılsa da, sonradan bu xəbər təkzib olunmuşdu.


Избранный
21
7
senzor.az

8Источники