RU

"Qarabağ" UEFA-nın göndərdiyi vəsaiti akademiyaya yönəltdi

"Qarabağ" FK Akademiyasının U-19 komandası “Bərabər imkanlar” layihəsi çərçivəsində uşaqlarla görüş keçirib.

Fanat.Az xəbər verir ki, UEFA tərəfindən UEFA Gənclər Liqası çərçivəsində akademiyaya ayrılan 1000 avro məbləğində maliyyə vəsaiti gənc futbolçuların sosial və fərdi inkişafına yönəldilib. 
Klub bu vəsaitdən təyinatı üzrə istifadə edərək bir sıra inklüziv və maarifləndirici təşəbbüslər həyata keçirib.

Layihə çərçivəsində klubun tərəfdaşı olan “Qarabağ Mechack 9030” komandası ilə birgə interaktiv proqram təşkil olunub. Futbol məktəblərindən olan uşaqların iştirak etdiyi tədbirdə robotika üzrə praktiki workshop keçirilib, iştirakçılar öz robotlarını hazırlayaraq oyun xəritəsi üzərində yarışdırıblar.

Bununla yanaşı, “Bərabər imkanlar” layihəsi çərçivəsində eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün 1 aylıq LEGO dərsləri təşkil olunub. Əvvəlki mərhələdə “Sərhədçi” İdman Mərkəzində keçirilən görüşdə isə uşaqlara klub tərəfindən formalar və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, UEFA Gənclər Liqası yalnız idman rəqabəti deyil, həm də gənc futbolçuların sosial məsuliyyət və inkişafını dəstəkləyən platformadır. “Qarabağ” FK akademiyası bu istiqamətdə fəaliyyətini davamlı şəkildə genişləndirir.

Избранный
20
6
fanat.az

7Источники