RU

Azərbaycanlı akademik Daşkənd Pedaqoji Universitetində tələbələrə mühazirə oxuyub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 9 aprel, AZƏRTAC

Milli Məclisi sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Nizami adına Daşkənd Pedaqoji Universitetində mühazirə oxuyub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, universitetin 500 nəfərə yaxın dinləyicini əhatə edən akt zalında müəllim və tələbələrin toplandığı tədbirdə akademik Rafael Hüseynov “Orta əsrlər Azərbaycan ədəbiyyatı və mədəniyyəti Mərkəzi Asiyanın kulturoloji kontekstində” mövzusunda məruzə ilə çıxış edib. O, son min ildən artıq bir dövrdə Azərbaycan dühasının müsəlman Şərqi intibahının formalaşmasında aparıcı rolundan danışıb, Bəhmənyar Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Əbu Bəkr Əcəmi Naxçıvani, Səfiəddin Urməvi, Nəsirəddin Tusi, İmaddəddin Nəsimi, Şah İsmayıl Xətai, Sultan Məhəmməd, Mirzə Fətəli Axundzadə və digərlərinin Yaxın-Orta Şərqdə ortaq elmi-mədəni dəyərlər şəbəkəsinə verdiyi töhfələrdən bəhs edib.

Məktəb yaradan, əsərləri ilə bütün müsəlman Şərqinə və Türk dünyasına üz tutan görkəmli azərbaycanlılardan danışan akademik Rafael Hüseynov xüsusi olaraq Cəlil Məmmədquluzadədən söz açıb, 120 yaşı tamam olan “Molla Nəsrəddin” jurnalının tarixi missiyasından bəhs edib.

Dinləyicilərin maraqla qarşıladığı məruzənin ardınca özbək və azərbaycanlı gənclərin ifasında rəqslər və nəğmələrdən ibarət konsert proqramı təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
1
azertag.az

2Источники