RU

Şirvanda restoranda zəhərlənənlərin sayı 15 ə çatdı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şirvan şəhərində yerləşən “Pizza Time” restoranında qidadan zəhərlənənlərin sayı 15 nəfərə çatıb.

Globalinfo.az bildirir ki, bu barədə “Yeni Sabah”a Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, aprelin 7-də zəhərlənmə şübhəsi ilə 15 nəfər (2-si kişi, 13-ü qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.

“Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir”, – məlumatda qeyd edilib.

Bildirilib ki, ilk gün xəstəxanaya 6 nəfər müraciət edib. Restoranda qida qəbul edən daha 9 nəfərin səhhətində problemlər yaranıb və ötən gün xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyi Şirvanda yerləşən “Pizza Time” restoranındakı zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlayıb. Həmin obyektin fəaliyyəti dayandırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
2
globalinfo.az

3Источники