RU

Netanyahuya müharibə lazımdır AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məlum olduğu kimi, ABŞ və İran arasında 2 həftəlik atəşkəs elan edilib. İsrail tərəfi də bu atəşkəsə razılıq verib. Lakin dünən Yaxın Şərqdə münaqişə zonası boyu bir sıra yerlərdə atəşkəsin pozulma halları qeydə alınıb. İsrail İranda və Livanda bir sıra yerlərə hava hücumu edib.

İsrailin atəşkəsi pozmaqda məqsədi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tofiq Abbasov qeyd etdi ki, atəşkəsin İsrail tərəfindən pozulması gözlənilən idi:

"Hazırda mütləq şəkildə İsrailin Baş naziri Benyamin Netanyahuya müharibə lazımdır. Onun şəxsi və korporativ maraqları bu prosesə mane olur, digər tərəfdən isə İsrail çalışır ki, şimalda Hizbullahla müharibədə üstünlük əldə etsin və İran qarşısında mövqeyini gücləndirsin".

Müsahibimiz əlavə etdi ki, burada hər şey Donald Tramp və onun administrasiyasından asılıdır:

"Çünki faktiki olaraq Tramp bu müharibədə bir növ kölgədə qaldı, digər tərəfdən isə ciddi səhvləri göstərdi ki, Amerika Birləşmiş Ştatlarının əsaslı müharibə planı yoxdur. Onlar elə hesab edirdi ki, Venesuela ssenarisi burada daha asan şəkildə reallaşacaq və məqsədlərinə nail olacaqlar. Bu məqsədlər isə məlumdur: neftin ələ keçirilməsi, raket proqramının dayandırılması, uranın İrandan çıxarılması, rejimin dəyişdirilməsi və İranın parçalanması. Lakin bunların heç biri baş tutmadı. Bu şəraitdə sual yaranır ki, kim daha üstün mövqedədir. Mövcud vəziyyətdə İranın mövqeyi daha üstün görünür. Eyni zamanda mənəvi-psixoloji baxımdan da İran geri çəkilmir və heç bir addım atmır. İndiki şəraitdə bu atəşkəs daha çox Trampa lazım olur. Təsadüfi deyil ki, o, son mərhələdə Xark adasına zərbələr endirdi və bununla öz qələbəsini rəsmiləşdirməyə çalışdı. Lakin bu, əslində qələbə deyil".

Politoloq vurğuladı ki, İranda körpü və universitetlərin vurulmasından sonra ABŞ-də hüquqşünaslar və hüquq müdafiəçilərindən ibarət geniş bir qrup Trampın bu addımları ilə bağlı onu hərbi cinayətlərdə ittiham etmək üçün fəaliyyətə başlayıb:

"Bu məsələ ilə bağlı həm BMT-yə, həm də Konqresə müraciət etmək niyyətləri var. Böyük ehtimalla bu istiqamətdə israrlı olacaqlar və Trampın məsuliyyətə cəlb edilməsinə çalışacaqlar. Hazırda impiçment məsələsi də müzakirə olunur. Bunun nə dərəcədə real olacağı və mexanizmlərin necə istifadə ediləcəyi isə ayrıca məsələdir. Lakin mövcud vəziyyətə əsasən demək olar ki, atəşkəsin sülhə çevrilmə ehtimalı yüksəkdir və bu, daha çox Trampa lazımdır. Çünki Tramp hazırda siyasi baxımdan zəifləmiş və çətin vəziyyətdə görünür. Ona indi əsas lazım olan qüvvələrini toparlamaq, yenidən mövqeyini gücləndirmək və yeni çağırışlarla siyasi səhnədə aktiv görünməkdir. Məlumatlara görə, onun Qrenlandiyanı ələ keçirmə planı daha da gücləndirilə bilər. Bu isə Avropaya qarşı müəyyən mənada cavab addımı kimi qiymətləndirilir. Çünki Avropa ona gözlənilən dəstəyi göstərmədi və tərəflər arasında mövcud olan fikir ayrılığı daha da dərinləşə bilər".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
2
redaktor.az

3Источники