Jurnalistləri Müdafiə Komitəsi (JMK - CPJ) İsrailin Livan və Qəzzada bir gündə ən azı 3 jurnalistin öldürülməsini ən sərt şəkildə pisləyir.
"Yeni Sabah" xəbər verir ki, onlardan ən azı biri hədəfə alınmış hücumda öldürülüb.
"Jurnalistlərə qarşı qəsdən edilən hücumlar açıq-aydın müharibə cinayətləridir", - deyə CPJ qeyd edib.
Qətərin "Əl-Cəzirə" televiziya kanalının müxbiri Qəzza şəhərində İsrail PUA-nın avtomobilə endirdiyi zərbə nəticəsində həlak olub. Livanda "Əl-Manar" TV və "Əl-Nur" Radiosunun jurnalistləri ayrı-ayrı İsrail hücumlarında həlak olublar.
Telegram kanalımız