RU

Lənkəranda ağac avtomobilin üzərinə aşıb, qayınana və gəlin xəsarət alıb

Lənkəran rayonunda ağac avtomobilin üstünə aşıb, xəsarət alanlar var.

Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonunun Parakənd kəndindən keçən hissəsində baş verib.

Astara rayonu Təngərüd kənd sakini, 1967-ci il təvəllüdlü Dəmir Sərvaz oğlu Müzəffərov idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən Parakənd kəndi ərazisində yol kənarında çürümüş ağac avtomobilin vasitəsinin üzərinə aşıb.

Nəticədə avtomobildə olan sürücünün qızı, 1988-ci il təvəllüdlü Nüşabə Dəmir qızı Müzəffərova və onun qayınanası, 1960-ci il təvəllüdlü Təzəgül Sabir qızı Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
21
13
far.az

10Источники