RU

Rəsmi Tehran Hizbullahı qurban verdi? 14 günlük atəşkəsin pərdəarxası

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-la İranın 14 günlük atəşkəs razılaşmasına baxmayaraq, Livanla bağlı məsələ müəmma olaraq qalmaqdadır.

ABŞ və İsrail Livan məsələsinin atəşkəs razılaşmasına şamil edilmədiyini bildirir. Bunu əsas gətirməklə İsrail bu ölkəyə zərbə endirməkdə davam edir. Amma Tehran iddia edir ki, Livan məsələsi də həmin sənədə salınıb. İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf bəyan edib ki, Livanda atəşkəsin əldə olunması planın birinci şərti idi.

Mövcud vəziyyət isə atəşkəs rejiminin əldə edilməsinə istər-istəməz əngəl ola bilər.

Politoloq Azər Qasımov Bakupost.az-a bildirib ki, danışıqlar Livana hücumlar şəraitində başlayacaqsa, deməli Hizbullah məsələsi arxa planda tərəflər arasında razılaşdırılıb:

“Əks halda ümumiyyətlə atəşkəs baş tutmazdı. Hizbullaha rəğmən İrana atəşkəs lazımdır. Atəşkəs razılaşması sülhlə nəticələnəcəksə, deməli, İran Hizbullahı qurban verəcək”.

Ekspertin sözlərinə görə, İsrail qüvvələrini iki cəbhəyə bölməmək üçün ilk növbədə öz qapısındakı düşməni məhv etməyə çalışır:

“Tərəflər arasında əldə olunmuş atəşkəs anlaşması aydındır ki, məcburiyyətdən irəli gəlib. Hər kəsin öz şərti olduğu bir şəraitdə atəşkəsə gedilməsi əslində taktiki xarakter daşıyır. Tərəflərə zaman qazanmaq lazımdır. İsrail isə bu zamandan istifadə edib bütün gücünü Livana yönləndirmək istəyir. Bu səbəbdən də Livan məsələsinin atəşkəs şərtlərinə daxil edilməsi ABŞ və İsrail üçün qəbuledilməzdir. Ona görə də Livan amili atəşkəs şərtlərində yer almayıb”.

Həmsöhbətimizə görə, İran məhz Hizbullah qarşısında özünün günahsız olduğunu göstərmək üçün Livan məsələsini qabardır:

“İranın başqa çıxış yolu yoxdur. Livan məsələsini qabartmaqla ən azı özünü Hizbullahın yanında günahsız kimi göstərməyə çalışır. Əslində isə onun “qurbanlıq quzu” olmasına razılaşıb”.

Rüfət Sultan, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
www.bakupost.az

1Источники