RU

Zelenski: Putinlə görüşə hazıram

Rusiya Prezidenti Vladimir Putinlə görüş ABŞ-də və ya Yaxın Şərqdə baş tuta bilər.

Xezerxeber.az xəbər verir ki, Ukraynanın dövlət başçısı Volodimir Zelenski bunu İtaliyanın RAI radiostansiyasına müsahibəsində deyib.

“Mən Putinlə görüşməyə hazıram. Əlbəttə ki, Moskvada və ya Kiyevdə yox. Lakin görüşə biləcəyimiz bir çox yer var, məsələn, Yaxın Şərqdə, Avropada, ABŞ-də”, - deyə Ukrayna Prezidenti bildirib.

O, həmçinin ABŞ-nin Yaxın Şərqə yönəlmiş diqqəti səbəbindən Rusiya ilə üçtərəfli görüşün təxirə salındığını, lakin prosesin yenidən başlayacağını vurğulayıb.

Yanvarın 28-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Zelenskini Putinlə şəxsən görüşmək üçün yenidən Moskvaya dəvət edib. Diplomat Moskvanın Zelenskinin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bəyan edib. O, həmçinin qeyd edib ki, Moskva heç vaxt Putinlə Zelenski arasındakı əlaqələri rədd etməyib, lakin bu əlaqələr yaxşı planlaşdırılmalı və nəticəyə yönəlməlidir.

Избранный
32
12
xezerxeber.az

10Источники