Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə görüşün ABŞ-da və ya Yaxın Şərq ölkələrinin birində keçirilə biləcəyini deyib.
Publika.az xəbər verir ki, Zelenski İtaliyanın RAİ radiostansiyasına müsahibəsində Putinlə görüşməyə hazır olduğunu bildirib.
Qeyd edib ki, görüş Kiyevdə, yaxud Moskvada olmayacaq. Ukrayna prezidenti Yaxın Şərq, Avropa və ABŞ-ın danışıqlar üçün məkan ola biləcəyini vurğulayıb.
“Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar İran müharibəsinə görə təxirə salınıb. Lakin danışıqlar gələcəkdə davam etdiriləcək”, - Zelenski deyib.
Asif
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта