RU

“Sumqayıt” millimizin futbolçusu ilə yolları ayırır?

“Sumqayıt” futbolçusu Nihad Əhmədzadə ilə yollarını ayıramağa hazırlaşır.

İdmanxeber.az-a verilən məlumata görə, 20 yaşlı yarımmüdafəçi növbəti mövsümdən “kimyaçılar”da olmaya bilər. Yayda müqaviləsi başa çatacaq oyunçuya yeni sözləşmə təklif edilməyib.

Daha çox forma şansı qazanmaq istəyən Əhmədzadə Sumqayıt təmsilçisindən ayrılmağa müsbət yanaşır. O, davamlı oynaya biləcəyi bir klub axtarır. 

U-21 millimizin üzvü cari mövsüm “Sumqayıt” forması ilə bütün turnirlərdə 18 oyun keçirib və bir qol vurub.

Избранный
9
idmanxeber.az

1Источники