RU

İran nümayəndə heyəti Pakistana gedəcəkmi? -Qalmaqal

İran nümayəndə heyətinin Pakistana planlaşdırılan səfəri ilə bağlı məlumatlarda ziddiyyət yaranıb.

Vətəninfo.az xəbər verir  ki, İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm sosial şəbəkə hesabında nümayəndə heyətinin bu axşam İslamabad şəhərinə yollanacağını bildirsə də, sonradan həmin paylaşımı silib.

Daha əvvəl yayılan məlumata görə, səfər Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən edilən dəvət əsasında baş tutmalı idi. Qeyd olunurdu ki, İran tərəfi ABŞ-la danışıqlar üçün əsas kimi irəli sürdüyü 10 bəndlik plan çərçivəsində müzakirələr aparmağa hazırlaşır. Planın regional münaqişələrin dayandırılması və atəşkəs şərtlərini əhatə etdiyi bildirilirdi.

Səfir həmçinin vurğulamışdı ki, İsrailin atəşkəsi pozması ilə bağlı yaranan şübhələrə baxmayaraq, İran nümayəndə heyəti danışıqlarda iştirak etmək niyyətindədir.

Məlumata əsasən, nümayəndə heyətinə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik etməlidir. Reuters agentliyinin xəbərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi də ABŞ-la aparılacaq mümkün sülh danışıqlarında iştirak etmək üçün heyətə qoşula bilər.

Hazırda səfərin baş tutub-tutmayacağı və danışıqların planlaşdırıldığı kimi keçirilib-keçirilməyəcəyi ilə bağlı rəsmi təsdiq yoxdur.

Избранный
17
1
veteninfo.az

6Источники