“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi SMM, dizayn, montaj, məzmun yazımı, foto və video çəkiliş xidmətlərinə 417 432 AZN sərf etməyi planlaşdırır.
Pravda.az-ın xəbərinə görə, xidmətlərə “TikTok”, “Facebook” və “İnstagram”, “Youtube”, “X”, “Meta” sosial şəbəkələrində paylaşımların edilməsi də daxildir.
İşləri görəcək şirkət hələlik müəyyənləşməyib.
Cabir
Tarix: 9 Aprel 2026, 12:54