RU

ABŞ şirkətləri Hörmüz boğazından tranzit üçün rüsum ödəmək istəmirlər

BAKI, 9 aprel. TELEQRAF

ABŞ-nin neft sənayesi nümayəndələri Hörmüz boğazından tranzit üçün gəmilərdən rüsum alınmasına qarşı çıxıblar. Bu yöndə ABŞ prezidenti Donald Trampa müraciət də edilib.

Teleqraf "Politico"ya istinadən xəbər verir ki, sənaye nümayəndələri Ağ Ev rəsmiləri ilə görüşüblər.

Neft sənayesi nümayəndələrinin beynəlxalq müqavilələrə, sanksiya qanunvericiliyinə və yüksək xərclər perspektivinə istinad edən arqumentləri ABŞ administrasiyası tərəfindən birmənalı şəkildə rədd edilmir. Rəsmilərin cavabları məlumatların nəzərə alınacağını göstərir.

Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib ki,ABŞ İranın Hörmüz boğazından keçən gəmilərdən rüsum almasına qarşıdır.

Избранный
19
teleqraf.com

1Источники