Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 9-daölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqaRuqiniene ilə görüşüb.
Trend xəbər verir ki, bubarədə NazirlərKabineti məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə Litva arasında siyasi, iqtisadi,nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyətivə inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər iki ölkə arasında münasibətlərin uğurla inkişafetdiyini məmnunluqla qeyd edərək, qarşılıqlı maraq doğuransahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişliimkanların mövcud olduğunu vurğulayıblar.
İqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi, ticarətdövriyyəsinin artırılması və investisiya imkanlarının təşviqiməsələlərinə xüsusi diqqət yetirilib. Bu kontekstdə HökumətlərarasıKomissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivlərimüzakirə edilərək, Orta Dəhliz və digər beynəlxalq nəqliyyatmarşrutları üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanlarınəzərdən keçirilib.
Enerji sahəsində əməkdaşlıq imkanları da diqqət mərkəzindəolub.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqməsələlərini müzakirə edərək, Azərbaycanın Avropa İttifaqı iləmünasibətlərinin inkişaf etdirilməsinin önəmini qeyd ediblər.