RU

“Pakistanın mövqeyi dost və qardaş ölkə olaraq bölgənin təhlükəsizliyinə töhfədir” DEPUTAT

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın ABŞ-a 10 şərti var idi və həmin şərtlər açıqlanmışdı.

Maraqlıdır, ABŞ tərəfi İranın bu 10 maddəlik şərtləri ilə danışıqları davam etdirməyə razılıq verəcəkmi?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan deputat Elçin Mirzəbəyli qeyd edib ki, hazırda, xüsusilə də müharibənin tam başa çatmadığı bir vaxtda səsləndirilən bəyanat və fikirlər əksər hallarda təzyiq xarakteri daşıyır:

“Məsələnin görünən tərəfləri var və biz son dövrlərdə, xüsusilə bu müharibə dövründə verilən bəyanatların heç də reallığı əks etdirmədiyinin dəfələrlə şahidi olmuşuq.

İddialar və səsləndirilən fikirlər qısa müddət ərzində dəyişib, fərqli motivlər ortaya çıxıb. Bu baxımdan indiki şəraitdə elan olunan prinsiplərin masa üzərinə qoyulacağı və ya qoyulmayacağı bəlli deyil. Bu, sadəcə atəşkəs əldə olunduqdan sonra İranın daxili ictimai rəyinə və proksi qüvvələrinə yönəlmiş açıqlamalar kimi də qiymətləndirilə bilər. Həmçinin ABŞ tərəfindən verilən bəyanatların, o cümlədən irəli sürülən istəklərin, təkliflərin və təşəbbüslərin də tam şəkildə reallığı əks etdirdiyini demək çətindir.

Təbii ki, bu prosesdə ən önəmli məqamlardan biri müharibənin, müvəqqəti də olsa, dayanması və atəşkəsin əldə olunmasıdır. Nəticə etibarilə, Hörmüz boğazı ilə bağlı hələlik əldə edilən müvəqqəti nəticə bütövlükdə enerji sahəsində böhranın qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Müharibənin dayanması eyni zamanda bölgə dövlətlərinin, Körfəz ölkələrinin də maraqlarına uyğundur.

Prosesdə diqqət çəkən əsas məqamlardan biri qardaş Pakistanın oynadığı roldur. Onun baş nazirinin və ölkə rəhbərliyinin fəaliyyəti xüsusi qiymətləndirilməlidir. Qənaətimə görə, Azərbaycan, Pakistan və Türkiyə əməkdaşlığı bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Bu baxımdan rəsmi İslamabadın atdığı addımlar da kritik vəziyyətlərdə nümayiş etdirilən mühüm mövqe kimi dəyərləndirilə bilər. Baxmayaraq ki, müharibənin nəticələri Pakistan üçün birbaşa ciddi təsir yaratmırdı.

Enerji asılılığı baxımından Pakistanın İranla ciddi bağlılığı yoxdur, alternativ enerji mənbələri və imkanları mövcuddur. Bu baxımdan Pakistanın nümayiş etdirdiyi mövqe bir daha göstərir ki, dost və qardaş ölkə regionun təhlükəsizlik sisteminin formalaşması prosesində əhəmiyyətli rol oynayır”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
icma.az

1Источники