RU

“Ən çox geni dəyişdirilmiş məhsullar əsasən soya və qarğıdalıdır” Məhsəti Hüseynova

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

 “Mövsümdən asılı olmayaraq meyvə-tərəvəzlərin ilboyu mövcud olması, məhsulların davamlılığının artırılması üçün genetik müdaxilələrin tətbiqi ilə əlaqələndirilir. Lakin bu sahədə aparılan bəzi tədqiqatlara baxmayaraq, GMO-ların uzunmüddətli təsirlərini tam sübut edən yekdil elmi nəticələr hələ də mövcud deyil və mövzu mübahisəli olaraq qalır. Tədqiqatlarda göstərilir ki, hər hansı canlıda olmayan xüsusiyyətlər digər canlıya “vektor” adlanan daşıyıcı vasitəsilə ötürülərək yeni növlər yaradıla bilər. Bu isə həmin məhsulların təbii quruluşunun dəyişdirildiyini göstərir”. 

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bunu 525.az-a söyləyib. O qeyd edib ki, GMO məhsulların yaranması ilkin mərhələdə qlobal aclıq probleminin həlli kimi təqdim olunsa da, əslində qida resurslarının düzgün bölüşdürülməsi, ənənəvi toxumların qorunması və qida israfının qarşısının alınması ilə mövcud ehtiyacların qarşılanmasının mümkün olduğu bildirilir:

“Nəticə olaraq, GMO məhsulların insan sağlamlığına birbaşa zərəri tam sübut edilməsə də, allergik reaksiyalar, fərdi həssaslıq və bəzi xəstəliklərin artması ehtimalı qalır. Bu səbəbdən, mövzunun tam qiymətləndirilməsi üçün uzunmüddətli elmi araşdırmaların aparılması zəruridir”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
525.az

1Источники