RU

ABŞ NATO-dan bunları TƏLƏB EDİR

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, ABŞ-nin bəzi Avropa müttəfiqləri atəşkəs elan edildikdən sonra Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə hazır olduqlarını bildiriblər. Vaşinqton isə bu məsələ ilə bağlı onların konkret öhdəliklər götürməsini istəyir. “Bloomberg” öz mənbələrinə istinadən yazır ki, bu tələb NATO-nun baş katibi Mark Rüttenin yaxın günlərdə səfər etdiyi Ağ Evdə alyans nümayəndələri ilə aparılan danışıqlarda səsləndirilib. Agentliyin yazdığına görə, məsələ həmçinin Pentaqon və Dövlət Departamentində NATO rəsmiləri ilə keçirilən görüşlərdə də müzakirə olunub. Ağ evin, eləcə də hər iki qurumun rəsmi nümayəndələri jurnalistlərin sorğularına cavab verməyiblər.
Избранный
51
Ajans.az

1Источники