RU

İndiyədək Sumqayıt Sənaye Parkına 5,6 milyard manatdan çox investisiya yatırılıb

2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib. Satışın 1,1 milyard manatı ixracın payına düşür.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.

Parkda ümumi investisiyalarının həcmi təqribən 6,6 milyard manatdan artıq olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb.

Cənubi Qafqazın ən böyük sənaye parkında 6097 daimi iş yeri yaradılıb.

Избранный
15
4
vergiler.az

5Источники