RU

Məşhur futbolçu saxta sürücülük vəsiqəsi ilə yaxalandı

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Udineze"nin hücumçusu İdrissa Qeye qalmaqal mərkəzindədir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 19 yaşlı futbolçu İtaliya və Sloveniya sərhədini keçməyə cəhd edərkən saxlanılıb. Yoxlama zamanı o, Seneqalda verilmiş sürücülük vəsiqəsini təqdim edib, lakin onun saxta olduğu məlum olub.

Nəticədə oyunçu saxta sənəddən istifadə etməkdə ittiham olunub. "Udineze" nümayəndələri hələlik vəziyyətlə bağlı şərh verməyiblər.

Qeye Fransanın "Mets" klubu ilə müqavilə bağlayaraq İtaliya klubunda icarə əsasında çıxış edir. O, bu mövsüm 14 oyun keçirib, qol vurmayıb və iki sarı vərəqə alıb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
2
news.milli.az

3Источники