RU

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi elektron qaydada həyata keçiriləcək.

Qeydiyyat Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən həyata keçiriləcək.

Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən 2026-cı il oktyabrın 10-dək Xidmətin Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra - EHİS) inteqrasiyası təmin edilməlidir.

İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xidmətin mövcüd iş axınını 2026-cı ilin oktyabrın 18-dək təqdim etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi 2026-cı ilin noyabrın 6-dək xidmətin təkmilləşdirmələri nəzərə alınmaqla yeni iş axınını təqdim etməli və razılaşdırmalıdır.

Xidmət 2026-cı il dekabrın 30-dək mygov platformasında istifadəyə verilməlidir. (Trend)

Избранный
16
4
banco.az

5Источники