RU

Mingəçevirdə aprel şəhidinin ailəsi ziyarət edilib – Fotolar


Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri aprel şəhidlərindən Teymur Qasımovun ailəsini ziyarət edib.
Yeniavaz.com
xəbər verir ki, icra başçısı hər bir şəhid ailəsinə yüksək dövlət qayğısının davamlı xarakter daşıdığını bildirib.
“Bununla bağlı Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir”, - deyə başçı bildirib.
Şəhid ailəsinin üzvləri göstərilən daimi dövlət dəstəyinə görə minnətdarlıq ediblər.
Qeyd edək ki, Mingəçevir şəhəri Aprel döyüşlərində 4 şəhid verib. Rahim Tağıyev, Rüstəm Əhmədov, Adil Adilzadə və Teymur Qasımov aprel döyüşlərində qəhrəmanlıq göstərərk öz qanları, canları ilə torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalıblar.

Esmira Hidayətova, Mingəçevir

Избранный
37
1
yeniavaz.com

2Источники