Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirləri şahzadə Feysal bin Fərhan Əl Səud və Abbas Əraqçi telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının XİN-in sosial şəbəkələrdəki bəyanatında deyilir.
"Onlar regiondakı son hadisələri müzakirə edib və regionda təhlükəsizlik və sabitliyin bərpası məqsədilə gərginliyin azaldılması yollarını nəzərdən keçiriblər", - məlumatda qeyd olunub.
Yerli KİV-lərin məlumatına görə, bu, Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən bəri iki ölkə arasında ilk rəsmi əlaqədir.
"Cebheinfo.az"