RU

"Rəqib futbolçu qovulandan sonra vurduğumuz qol qırılma nöqtəsi idi" - Ademola Lukman

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə səfərdə "Barselona"nı 2:0 hesabı ilə məğlub edən "Atletiko Madrid"in hücumçusu Ademola Lukman qələbəni şərh edib.

Fanat.Az "TNT Sports"a istinadən xəbər verir ki, Nigeriya millisinin forvardı belə danışıb:

"Yaxşı oyunla yaxşı nəticə qazandıq. Burada qol buraxmamaq çox xoşdur. Bu bizim gündəlik çalışmalarımızın nə qədər faydalı olduğuna sübutdur.

Rəqib futbolçu qovulandan sonra vurduğumuz qol qırılma nöqtəsi idi. Xulian Alvares cərimə zərbəsini möhtəşəm yerinə yetirdi. Aleks Sörlotun fərqi artırdığı epizod da əla alındı. Bilirik ki, bizi səfərdə ciddi sınaq gözləyir. Növbəti oyuna təbii ki, mümkün qədər yaxşı hazırlaşacağıq".

Xatırladaq ki, tərəflərin Madriddə baş tutacaq cavab qarşılaşması aprelin 14-də keçiriləcək.

Toğrul

Избранный
6
fanat.az

1Источники