"Turan Tovuz" klubu cərimələnib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna Azərbaycan Kubokunun yarımfinalında “Zirə” ilə ilk görüşdə Tovuz təmsilçisinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi səbəb olub.
Komanda bu hadisəyə görə 5000 manat ziyana düşüb.
Həmçinin, oyundan sonra klubun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə komanda 15000 manat cərimələnib.
Xatırladaq ki, "Turan Tovuz" "Zirə"yə 0:2 hesabı ilə məğlub olub.
Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb
I Liqa: XXI tura yekun vurulacaq - YENİLƏNİR
Rəhim Həsənov: VAR-IN MÜDAXİLƏSİ YANLIŞDIR
I Liqa: “Baku Sportinq” və “Cəbrayıl”dan qələbə - YENİLƏNİB
“Neftçi” – “Araz-Naxçıvan” matçının biletləri satışda