RU

“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb

Bakı. Trend:

“PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2025-ci ili əhatə edənmaliyyə hesabatlarını təqdim edib. Hesabata əsasən, ölkənin aparıcısığorta şirkətlərindən biri olan “PAŞA Sığorta” maliyyə sabitliyiniqoruyaraq əsas göstəricilər üzrə artım tendensiyasını davametdirib.

2025-ci ilə dair mənfəət və zərər hesabatına əsasən, şirkətincəmi gəlirləri 348 milyon 451 min 121 manat təşkil edib. Bu,2024-cü illə müqayisədə 1 milyon 514 min 410 manat və ya təqribən0,44% artım deməkdir.

Hesabat dövründə “PAŞA Sığorta”nın əsas əməliyyat gəlirləri10,77% və ya 34 milyon 685 min 436 manat artaraq 356 milyon 864.5min manata yüksəlib. Şirkətin gəlirlərində əhəmiyyətli paya malikolan investisiya gəlirləri isə 22 milyon 46,5 min manat təşkil edibki, bu da illik müqayisədə 11,92% və ya 2 milyon 348,3 min manatartım deməkdir.

Digər əhəmiyyətli artım subroqasiya gəlirlərində müşahidə edilir– bu göstərici 2024-cü il ilə müqayisədə 28,3% artaraq 2 milyon427,4 min manata çatıb. 2025-ci ilin yekunlarına əsasən “PAŞASığorta”nın xalis mənfəəti 39 milyon 331 min 043 manat təşkiledib.

Hesabat dövrünün sonunda şirkətin cəmi investisiyaları 249,2milyon manata çatıb ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 25,7milyon manat və ya 11,5% çoxdur.

Şirkət xərclərin optimallaşdırılması istiqamətində də müsbətnəticələr əldə edib. Belə ki, 2025-ci ildə ümumi xərclər 299 milyon413 min 662 manat təşkil edib. Bu xərclərin əsas hissəsini 222milyon 628 min 421 manat olmaqla əməliyyat xərcləri təşkil edib.Hesabat dövründə sığorta ödənişləri 140 milyon 673 min 165 manata,işlərin aparılması xərcləri isə 76 milyon 598 min 870 manatabərabər olub.

2025-ci ildə şirkətin maliyyə mənfəəti də artım nümayişetdirərək təxminən 2 milyon manat yüksələrək 49 milyon 37,5 minmanata çatıb. Eyni zamanda, dövlət büdcəsinə ödənilən mənfəətvergisi əhəmiyyətli dərəcədə artaraq 91,48% yüksəlişlə 9 milyon 706min 416 manata çatıb.

Maliyyə vəziyyətinə dair əsas göstəricilər də artım tempinindavam etdiyini göstərir. Belə ki, 2025-ci il ərzində “PAŞASığorta”nın cəmi aktivləri 9,71% artaraq 385 milyon 456,9 minmanata, cəmi öhdəlikləri 11,96% artaraq 290 milyon 304 min 72manata, cəmi kapitalı isə 3,39% artaraq 95 milyon 152 min 779manata yüksəlib.

Məqalədə:
Избранный
3
8
az.trend.az

9Источники