İsrailin Baş naziri Binyamin Netanyahu Livandakı “Hizbullah” hədəflərinə hücumlar etməklə İranla atəşkəsi pozmağa cəhd edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa rəsmisinə istinadən məlumat yayıb.
Nəşrin mənbəsi bildirib: "Netanyahu bu yolla atəşkəsi pozmağa çalışa bilər".
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bir müddət əvvəl İsrailin Livana hücumunun ABŞ və İran arasında əldə edilən atəşkəsin pozulması olduğunu bildirib.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp İsrailin Livana hücumlarının dayandırılmasının İranla atəşkəs razılaşmasında yer almadığını deyib.