BAKI, 9 aprel. TELEQRAF
Azərbaycan və Türkiyə arasında əlaqələr genişlənir, inkişaf edir, özünün ən qürurverici anlarını yaşayır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimalı Kipr parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 13-cü iclasında deyib.
O qeyd edib ki, bütün sahələrdə ölkələrimiz arasında sıx və möhkəm dostluq əlaqələri var: “Bu əlaqələrin genişlənməsində ölkə liderləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın böyük rolu var. Biz həm çətin günlərdə, həm də xoş günlərdə bir birimizin yanında olmuşuq. 44 günlük Vətən müharibəsində Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstəyi xalqımızın yaddaşına həkk olunub”.
Ə.Əmiraslanov vurğulayıb ki, Azərbaycan ilə Şimalı Kipr arasında da möhkəm əlaqələr qurulub və daim daim inkişaf edir.