RU

Enerji auditi üzrə ixtisas imtahanları başlayır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 9 aprel, AZƏRTAC

Energetika Nazirliyi enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə təsərrüfat subyektlərində, həmçinin binalarda (qurğularda) enerji auditinin həyata keçirilməsi ixtisas kateqoriyaları üzrə attestasiya elan edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, attestasiya təsərrüfat subyektlərində enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə aprelin 29-u saat 12:00-da, binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə isə aprelin 30-u saat 12:00-da Energetika Nazirliyində (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küç. 84, Hökumət Evi, 4-cü giriş, 9-cu mərtəbə, AZ1000) təşkil ediləcək. İştirak etmək üçün son müraciət tarixi aprel ayının 13-nə qədərdir.

Attestasiyada iştirakı təsdiq edilmiş namizədlər və namizəd qismində müraciət edəcək şəxslər əlavə məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərlər:

· Attestasiya Proqramı (təsərrüfat subyektləri üzrə)

. Attestasiya Proqramı (binalar (qurğular) üzrə)

· Bələdçi

· İxtisas Attestatının əldə edilmə qaydası

Qeyd edək ki, namizədlər attestasiyanın keçiriləcəyi yerə 15 dəqiqə əvvəl yaxınlaşmalı və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.

Əlaqə: 598-16-53/54/55 (daxili 1057)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
1
azertag.az

2Источники