“PAŞA Sığorta” ASC 2025-ci ili 39,506 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 5,3% azdır, şirkətin maliyyə hesabatında deyilir.
Vergiyəqədərki mənfəət 6% azalaraq 48,282 milyon manata düşüb, mənfəət vergisi ödəmələri isə 9,2% azalaraq 8,776 milyon manat təşkil edib.
2026-cı il yanvarın 1-nə şirkətin aktivləri 13,6% artaraq 316,043 milyon manata çatıb. Öhdəliklər 17,8% artaraq 218,834 milyon manata, kapital isə 5% artaraq 97,209 milyon manata yüksəlib.
2010-cu ildə yaradılan “PAŞA Sığorta”nın nizamnamə kapitalı 50 milyon manatdır və şirkət 100% “PAŞA Holdinq” MMC-yə məxsusdur.
N.Təbrizli