RU

“Azərbaycan yüz illik münaqişəni birdəfəlik və 44 gündə həll etdi” Deputat

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bu gün regionumuzda və dünyada bir çox qarşıdurmalar müharibə səviyyəsinə qalxır, müharibələrin sayı getdikcə artır. Ancaq çox təəssüf ki, münaqişələr müharibə səviyyəsinə çatsa da, sonra müharibənin bitməsinə gətirib çıxaran nəticələr əldə edilmir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, artıq Azərbaycanın şimalında, Şərqi Avropada dörd ildən çoxdur ki, davam edən müharibənin sonu hələ də görünmür, coğrafi baxımdan qonşu olduğumuz Yaxın Şərq regionunda müharibələr başlayır, bitmir.

“Əksinə, müharibələr daha yeni müharibələr üçün yeni münaqişələrin əsasını yaradır. Bunların ən bariz nümunələrindən biri 40 gündür davam edən, hazırda isə kövrək atəşkəslə müşahidə olunan Yaxın Şərq müharibəsidir ki, münaqişələrin həlli ilə başa çatmalı olduğu düşünüldüyü halda, Hörmüz körfəzi adı altında başlı-başına yeni münaqişələr üçün əsas yarandı. Ancaq Azərbaycan bu kontekstdə 44 gün müharibə aparmaqla elə bir nəticəyə nail oldu ki, 100 illik münaqişəni həll edə bildi. Bundan sonra yeni müharibələrə səbəb ola biləcək heç bir münaqişənin yaranmasına imkan vermədi”.

Deputat hesab edir ki, Azərbaycanın əldə etdiyi tarixi Zəfərin və yaratdığı yeni reallığın əsas təqdir olunmalı tərəflərindən biri budur:

“Çünki Azərbaycan yüz illik münaqişəni birdəfəlik və 44 gündə həll etdi. Buna görə də mənə elə gəlir ki, məhz bu yeni reallıq sülh üçün imkanlar, şərtlər yaratdı. Hazırda bütövlükdə regionumuz bunun bəhrəsini görməkdədir. Önümüzdəki qısa müddətli mərhələdən sonra yəqin ki, Azərbaycanın yaratdığı yeni reallıq sayəsində Cənubi Qafqaz regionu uzunmüddətli sabitik və inkişaf mərhələsinə qədəm qoyacaq, bu da məhz Azərbaycanın xidmətləri sayəsində mümkün olacaq”.

Deputat deyib ki, bu, Azərbaycan dövlətinin qətiyyəti, Azərbaycan Prezidentinin siyasi uzaqgörənliyi sayəsində mümkün olacaq.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
446
525.az

1Источники