“Azərbaycan lideri İlham Əliyevin liderliyində daha da güclənən modern Azərbaycanın uğurlarını məmnuniyyətlə müşahidə edirik. Biz eyni millətin övladlarıyıq. “Üç dövlət, bir millət” şüarı ilə başlatdığımız görüşlərimizə görə qürur duyduğumu bildirmək istəyirəm”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Milli Məclisdə Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin işçi qruplarının bu gün təşkil edilən birgə görüşündə bildirib.
“Bu gün Yaxın Şərqdə olan hadisələr dost-müttəfiq, qardaş ölkələrin dostluğunun nə qədər doğru olduğunu göz önünə gətirir. Bölgəmizdə cərəyan edən müharibədə həm Şimali Kiprin cənubu, həm Türkiyə, həm də Azərbaycan dron hücumuna məruz qalmışdı. Çox şükür ki, ölənlər olmamışdı. Bu müharibənin ən qısa zamanda bitməyini arzu edirik.
Bölgədə güclərimizi möhkəmləndirmək üçün Türk dünyasının ayrılmaz parçası olan Şimali Kiprin Türk Dövlətləri Təşkilatına və TÜRKPA-ya daxil olması üzv dövlətlərlə münasibətlərin daha əhəmiyyətli nöqtəyə gəlməsinə səbəb olacaq. Azərbaycan parlanmenti ilə iş birliklərimizin bütün türk dünyası ölkələri ilə edilməsinin vacibliyini xatırlatmaq istəyirəm”, - Ziya Öztürkler qeyd edib.
"Cebheinfo.az"