RU

Dəfn mərasimində “SAÇYOLDU”: Ərinin xəyanətini tabutu başında ÖYRƏNDİ – VİDEO

Meksikada vida mərasimində dul qadın ərinin tabutu başında məşuqə ilə dalaşıb.

İnterpress.az xəbər verir ki, bu barədə Meksika mediası məlumat yayıb.

Meksikada keçirilən dəfn mərasimi gözlənilməz və rüsvayçı hadisə ilə yadda qalıb.

Mərhumun dul arvadı tabutun yanında yüksək səslə ağlayan bir qadının ona kim olduğunu öyrənmək üçün yaxınlaşıb.

Həmin qadının “mən onun məşuqəsi idim” etirafından sonra tərəflər arasında əvvəlcə itələmə, daha sonra isə əlbəyaxa dava başlayıb.

Vida mərasimi iştirakçıları şok içində qalan zaman, tabutun başında baş verən bu insident sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
32
interpress.az

1Источники