RU

Səudiyyə Ərəbistanı və İran XİN rəhbərləri gərginliyin azaldılmasını müzakirə etdi

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan əl-Səud iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirliyin bəyanatında deyilir: "Onlar son hadisələri və regionda təhlükəsizliyin və sabitliyin bərpası üçün gərginliyin azaldılması yollarını müzakirə ediblər".

Qeyd olunur ki, bu telefon danışığı İranın ABŞ və İsrailin hərbi əməliyyatlarına cavab olaraq qonşu Körfəz ölkələrinə hücumlar başlamasından sonra iki ölkə arasında ilk rəsmi əlaqə olub.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
redaktor.az

2Источники