RU

Metro istifadəçilərinə YENİ XƏBƏR

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, Bakı metrosunda xətlərin ayrılması layihəsinin əsas hədəflərindən biri olan "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək, uzunluğu təxminən 200 metr olan tunelin tikintisinin birinci mərhələsi başa çatıb "Bakı Metropoliteni" QSC-nin departament rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib ki, görülən işlər çərçivəsində "28 May" stansiyası ətrafında iki ərazidə - Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma zonası və "Cəfər Cabbarlı" stansiyasının yaxınlığında yerləşən iki hazırlıq şaxtası qazılıb. Həmçinin o da qeyd olunub ki, Cəfər-Cabbarlı- 28 May stansiyası arasında inşa edilən daha bir piyada keçidi tədris ili başlayanadək istifadəyə veriləcək. Yeni piyada keçidi "Cəfər Cabbarlı" stansiyasının platformasına birbaşa və qısa çıxış imkanı yaradacaq. Keçidin inşası üçün qazıntı işləri və metal konstruksiyalı tunelin quraşdırılması artıq tamamlanıb. Hazırda "28 May" stansiyasının platforması ilə birləşmə hissəsində işlər davam edir. Paralel olaraq, üç hissədən ibarət pilləkənlərdə metal karkas qurularaq betonlama işlərinə hazırlıq görülür. Qeyd edək ki, 200 metrə yaxın tunelin inşası başa çatana qədər qatarların hərəkəti "İçərişəhər"-"Əhmədli" "Dərnəgül"-"Nizami" və indiki kimi "Cəfər Cabbarlı"-"Xətai" olmaqla təşkil ediləcək. Tikintinin növbəti mərhələsində sərnişinlərin "28 May" və "Nizami" stansiyaları arasında yerüstü nəqliyyatdan istifadəsi nəzərdə tutulub. Tunelin tikintisinin “Dərnəgül” elektrik deposunun birinci mərhələsi tamamlandıqdan sonra 11 ay ərzində başa çatdırılması planlaşdırılır. Eləcə də müvafiq digər avadanlıq, qurğu və sistemlərin quraşdırılması başa çatdıqdan sonra Qırmızı və Yaşıl xətlər tam müstəqil fəaliyyət göstərməyə başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
2
azvision.az

3Источники