Tovuz rayonunda aztəminatlı ailə 3 azyaşlı övladının uşaq evinə yerləşdirilməsi ilə bağlı müraciət edib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini Tovuz İcra Hakimiyyətinə müraicət edərək 3 azyaşlı övladına baxmağa imkanı olmadığını bildirib. Uşaqlar İH nümayəndələri tərəfindən müayinə olunmaq üçün Tovuz rayon Mərkəzi xəstəxanasına aparılıb.
İH-dən APA-ya bildirib ki, uşaqları hazırda xəstəxanada həkim nəzarətindədir. O da qeyd edilib ki, növbəti mərhələdə uşaqların uşaq evinə yerləşdirilməsi nəzərdə tutulur.
Uşaqların anasının səhhətində problemlər olduğu da qeyd olunub.