RU

Təhsil tələbə kreditinə müraciət mygov üzərindən ediləcək

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir.

Bakıvaxtı.az-ın məlumatına görə, 1 may 2026-cı ildən xidmətin Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra - EHİS) inteqrasiyasının təmin edilməsi planlaşdırılır.

Xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması isə 6 iyun 2026-cı ildən etibarən nəzərdə tutulur.

Həmin tarixdən xidmətin "mygov" platformasında istifadəyə verilməsi (istismar mühitində) də nəzərdə tutulur.

Bu istiqamətdə işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi görəcək./Trend

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
12
bakivaxti.az

10Источники