RU

"Əllərimiz tətiyin üzərində qalacaq" - Pezeşkian və spiker İsraili hədələdi

"İsrailin Livana qarşı yenidən təcavüzü ilkin atəşkəs razılaşmasının açıq şəkildə pozulmasıdır". 

"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian açıqlayıb. 

"Bu, aldatmanın və potensial razılaşmalara əməl edilməməsinin təhlükəli əlamətidir. Bu hərəkətlərin davam etdirilməsi danışıqları mənasız edəcək və əllərimiz tətiyin üzərində qalacaq", - deyə o X sosial şəbəkəsində yazıb. 

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf da oxşar açıqlama verib. O, İsrailin Livana hücumlarına toxunaraq yazıb: "Atəşkəsin pozulması müəyyən xərclərə və sərt reaksiyalara səbəb olacaq. Atəşi dərhal dayandırın!

İslam Respublikasının müttəfiqləri olaraq, Livan və bütün müqavimət oxu atəşkəsin ayrılmaz hissəsini təşkil edir. Baş nazir Şahbaz Şərif Livan məsələsini açıq şəkildə vurğulamışdı. İnkar və ya geri çəkilməyə yer yoxdur".

Ağarza Elçinoğlu 

Избранный
16
2
unikal.az

3Источники