RU

Pezeşkiandan son dəqiqə xəbərdarlığı: "Barmağımız tətikdədir, danışıqlar mənasını itirir"

İran Prezidenti Məsud Pezeşkian özünün "X" platformasındakı rəsmi hesabında İsrailin Livana qarşı davam edən hərbi əməliyyatlarına görə sarsıdıcı bəyanat yayıb.

Musavat.com xəbər verir ki, Pezeşkian İsrailin Livanın cənubuna endirdiyi zərbələri əldə olunmuş ilkin atəşkəs razılaşmasının "kobud şəkildə pozulması" adlandırıb. İran liderinin paylaşımındakı ən sərt məqamlar bölgədə genişmiqyaslı müharibənin hər an başlaya biləcəyindən xəbər verir:

 Pezeşkian bildirib ki, İsrailin təcavüzü gələcək potensial sazişlərə sadiqliyin olmadığını və aşkar "aldatma əlamətini" göstərir. O, bu hərəkətlərin davam etməsinin diplomatik danışıqları tamamilə mənasızlaşdırdığını vurğulayıb.

Prezident rəsmi Tehranın hərbi hazır vəziyyətdə olduğunu ən kəskin ifadələrlə diqqətə çatdırıb: "Bizim barmağımız tətikdə qalmaqda davam edir". Bu, İsrailin hücumlarına qarşı hər an birbaşa raket zərbələrinin endirilə biləcəyinə dair açıq xəbərdarlıqdır.

Pezeşkian İranın Livanı heç vaxt tək qoymayacağını və "livanlı bacı-qardaşlarının" yanında olacağını bir daha təkrarlayıb. Bu, "Hizbullah"a verilən açıq hərbi və siyasi dəstəyin nümayişidir.

Bu bəyanat aprelin 10-da İslamabadda keçirilməsi planlaşdırılan rəsmi ABŞ-İran danışıqlarından cəmi bir neçə saat əvvəl səslənib. Pezeşkianın bu çıxışı göstərir ki, əgər İsrail Livanın cənubunda "atəşi dərhal kəsməsə", İslamabad sammiti baş tutmaya bilər və ya Tehran masadan imtina edərək birbaşa hərbi cavab yolunu seçəcək. Hazırda bölgədə gərginlik kulminasiya nöqtəsinə çatıb.

Musavat.com

Избранный
24
1
musavat.com

2Источники