RU

1 milyondan çox Sudan qaçqını yardımların kəsimləri ilə üzləşir 

Çadda 1 milyondan çox Sudan qaçqını ərzaq və içməli su kimi həyati yardımların azalması təhlükəsi ilə üzləşir. Bu, donorlar 400 milyon dollardan çox maliyyə boşluğunu doldurmasa baş verə bilər.

“Röyters” Agentliyi xəbər verir ki, bununla bağlı BMT məlumat yayıb. 

Bildirilib ki, qaçqınların əksəriyyəti 2023-cü ilin aprelində Sudan ordusu ilə müəyyən qüvvələr arasında münaqişə başlayandan sonra gəlib. Qaçqınlar arasında kütləvi qırğın və aclıqdan sağ qalanlar da var.

Ümumdünya Yemək Proqramı və BMT Qaçqın Agentliyi bütün insanlara kömək edə bilmir və maliyyə boşluğu doldurulmasa, gələn aylarda yardım kəsintiləri arta bilər. BMT Qaçqın Agentliyinin məlumatına görə, hazırda Çadda hər 10 qaçqından yalnız dördünə kömək edilir. Bir çoxu sığınacağa çata bilmir, sinif otaqlarında isə hər müəllimə 100-dən çox uşaq düşür. Müəyyən vilayətlərdə qaçqınlar gündəlik minimum suyun yarısı ilə yaşamağa məcburdurlar. Ailələrin 70 faizi son ay ərzində yemək sayını azaldıb və aclıq səviyyəsi kritikdir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
15
azerbaijan-news.az

1Источники