RU

Sumqayıtlı boksçudan əzmkarlıq Məhəmmədəli Aşurəliyev zədəli halda döyüşü qələbə ilə başa çatdırıb

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilən boks üzrə “Böyük İpək Yolu” turnirində sumqayıtlı boksçu Məhəmmədəli Aşurəliyev gümüş medal qazanıb. 

Fanat.Az xəbər verir ki, Məhəmmədəli Aşurəliyev yarımfinalda zədələnsə də, əzmkarlıq göstərərək döyüşü qələbə ilə başa çatdırıb və finala qələbə qazanıb. 

Lakin o, zədə üzündən finalda döyüşə bilməyib və onun rəqibinə texniki qələbə verilib. 

Məhəmmədəli Aşurəliyev aprelin 18-də boks üzrə dünya kuboku uğrunda yarışa qatılacaq. Onun finalda döyüşməməsinin bir səbəbi də budur. Boksçunun məşqçisi, eyni zamandı tibbi heyət düşünüb ki, Məhəmmədəli Aşurəliyev finalda döyüşəcəyi təqdirdə zədəsi daha da ağırlaşa bilər. Bu halda isə onun dünya kuboku uğrunda yarışdan kənarda qalması ilə riski artır. Ona görə də boksçunun finalda döyüşməməsi qərara alınıb.  

Məhəmmədəli Aşurəliyev tanınmış boksçu Rüfət Aslanovun yetirməsidir. 

Rüfət Aslanovun yetirmələri bundan əvvəl də mötəbər yarışlarda yüksək nəticələrə göstərib. 

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
fanat.az

2Источники